"Qarabağ" qapıçısı Andrey Lunyovla yollarını ayırıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.
2023-cü ilin yayından Ağdam təmsilçisində çıxış edən rusiyalı oyunçu bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib.
Lunyov “Qarabağ”la Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.