"Səbail" daha iki futbolçusu ilə müqavilə müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, yarımmüdafiəçi Rüfət Abdullazadə və qapıçı Hüseynəli Quliyevlə 2 illik sözləşmə imzalanıb.
Abdullazadə Bakı təmsilçisinin heyətində Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə meydana çıxdığı 35 oyunda (2015 dəqiqə), 6 qol və 5 məhsuldar ötürməyə imza atıb. 2022-ci ildən "dənizçilər"in formasını geyinən Quliyev isəötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.
Qeyd edək ki, Bakı təmsilçisi buna qədər Ağabala Ramazanov və Adil Nağıyevlə yolları ayırdığını, Yusif Nəbiyev, Hüseynəli Quliyevlə müqaviləni yenilədiyini, Fərid Nəbiyevi isə transfer etdiyini rəsmən açıqlayıb.