“Neftçi” futbolçusu Eddi İsrafilovla yollarını ayırıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunmuş təcrübəli oyunçu bu müddət ərzində “Neftçi”nin heyətində meydana çıxdığı 71 matçda 7 qol vurub. E.İsrafilov Azərbaycan millisinin də üzvüdür.