
"Neftçi” futbol klubu qapıçı İvan Brkiçlə yollarını ayırıb.
Paytaxt təmsilçisinin mətbuat xidmətindən Sportnrt.az-a verilən məlumata görə, xorvatiyalı qolkiperlə əməkdaşlığa son qoyulub.
Qeyd edək ki, 2022-ci ilin yanvarında transfer olunmuş İvan Brkiç bu müddət ərzində “Neftçi”nin heyətində 68 oyun keçirib.