17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunmuş UEFA-nın inkişaf mini-turnirinin qalibi olub. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, millimiz bu gün keçirdiyi son oyunda Çernoqoriyanı darmadağın edib - 3:0.
Qolları Kristina Bakarandze, Gizem Tenekeci və Dilge Uyğun vurub.
Qeyd edək ki, əvvəlki qarşılaşmalarında yığmamız Bosniya və Herseqovinanı 4:0, Makedoniyanı isə 2:1 hesabı ilə məğlub edib.