
Futbol üzrə Avropa Liqasının qrup mərhələsində "Qarabağ" və Fransanın "Monako" klubu arasında keçirilək oyuna 22 min bilet satılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 1,2,3,5,10 və 20 manatdır. VİP oturacaqlara isə biletin qiyməti 50 manatdır.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Rerpublika Stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da start götürəcək.






































































