"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədov İsveç "Elfsborq"u ilə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda iştirak etməyəcək. Bu barədə Sportnet.az-a klubun prezidenti Georgi Nikolov məlumat verib.
Bolqarıstanlı funksioner pleymekerin ağaındakı ağrıların hələ də aradan qalxmadığını bildirib: "Bildiyiniz kimi, Elvin Avroliqanın I təsnifat mərhələsindən öncə topuğundan zədə alıb. Bir qədər öncə yanımda idi və ağrıların aradan qalxmadığını bildirdi. Lakin təkrar oyunadək Məmmədov bərpa olacaq və Bakıdakı görüşdə iştirak edəcək. Əlbəttə, istəyərdik ki, yarımmüdafiəçimiz də "Elfsborq"a qarşı oynasın. Ancaq nə etmək olar, ilk mərhələdə olduğu kimi, bu dəfə də Elvinsiz uğur qazanmağa çalışacağıq".
Qeyd edək ki, "Elfsborq" - "İnter" görüşü iyulun 17-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |