Futbol üzrə Türkiyə II Divizionunda "Göztəpə" klubunun rəsmisi tərəfindən gözlənilməz addım atılıb. Sportnet.az-ın məlumatına görə, çərşəmbə günü keçiriləcək "Göztəpə" - "Altay" oyunu öncəsi meydan sahiblərinin vitse-prezidenti Fatih Dalan İdman Təhlükəsizlik Qurumuna yazılı müraciət edərək, derbidə rəqib komandanın azarkeşlərinin də iştirak etməsini xahiş edib.
Klub bu ili "Centlmenlik il"i elan etdiyi üçün qapı arxasıda yerləşən tribunanı "Altay" azarkeşləri üçün ayırıb. Hətta bilet qiymətlərinin də yerli azarkeşlərə satılan biltlərlə eyni dəyərdə olunacağı bildirilib.
Qeyd edək ki, "Göztəpə" - "Altay" matçında qonaq komandanın azarkeşlərinin iştirak edib-etməyəcəyi İdman Təhlükəsizlik Qurumunun iclasından sonra bəlli olacaq.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |