Dünya Boks Şurasının (WBC) türkiyəli Avni Yıldırımın etirazına müsbət cavab verib.
Sportnet.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Maurisio Süleyman İstanbulda təşkil etdiyi mətbuat konfransında bildirib. O, A.Yıldırımla ABŞ boksçusu Entoni Dirrell arasında döyüşün təkrar keçiriləcəyini söyləyib.
Qeyd edək ki, A.Yıldırım və E.Dirrell arasında super orta ağır çəkidə çempionluq döyüşü qələbə ABŞ idmançısına verilib. Türkiyəli boksçu hakimlərin ədalətsiz qərarı ilə üzləşdiyi üçün WBC-yə şikayət edib.