
Futzal üzrə Azərbaycan millisinin Yunanıstanla oyununun hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, AVRO-2026-nın əsas mərhələsinin matçını Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Afinada baş tutacaq qarşılaşmada ədaləti Trayan Ençev, Kaloyan Kirilov və İvan İvanov qoruyacaqlar. Oyunun hakim-inspektoru Sven Eiçler (Almaniya) olacaq.
Qeyd edək ki, martın 11-də keçiriləcək matça DAİS İdman Arenasında start veriləcək.