
Azərbaycan Gimnastika Federasiyası (AGF) iki il ardıcıl olaraq, fəaliyyətləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlara layiq görülən, fərqlənən federasiyaların reytinq siyahısına daxil olub. Sportnet.az-ın məlumatına görə, ötən il üzrə reytinq siyahısı FIG-nin İcraiyyə Komitəsinin 24-25 fevral tarixində federasiyanın Lozannadakı (İsveçrə) baş ofisində keçirilən növbəti iclasında müəyyən edilib.
Mükafatlar hər il federasiyaların beynəlxalq fəaliyyəti (Dünya Kubokunda və onun 10-cu mərhələsində, o cümlədən FIG-nin Konqress və Simpoziumlarında, FIG Akademiyasının məşqçilik kurslarında, Gimnastradada və s. tədbirlərdə iştirak) və yuxarıda göstərilmiş tədbirlərə son qeydiyyat tarixlərinə riayət olunması əsasında təqdim olunur.