1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Parkur FIG-in proqramına daxil edildi
Beynəlxalq Gimnastika Federasiyası (FIG) parkur növünü proqramına daxil edib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar FIG-in Bakıda keçirilən Konqresində qəbul olunub. 2017-ci ildə bu növdə sınaq xarakterli iki Dünya Kuboku yarışı baş tutub.
Parkur üzrə ilk dünya çempionatının 2020-ci il may – iyun aylarında təşkil edilməsi planlaşdırılır.
Qeyd edək ki, parkur - tullanma elementlərini istifadə etməklə maneələrin dəf edilməsi və yerdəyişmə sənətidir. FIG-in proqramında ümumi gimnastika, bədii gimnastika, ritmik gimnastika, idman gimnastikası, akrobatika və aerobika növləri yer alıb.