Azərbaycanın idman gimnastı Səməd Məmmədli XV Avropa Gənclər Yay Olimpiya Festivalında üç hərəkət üzrə finala yüksəlib.
Sportnet.az xəbər verir ki, atlet sərbəst hərəkətlər, dəstəli at və çöxnövçülükdə finala vəsiqəni təmin edib.
İdman gimnastikası üzrə həlledici yarışlar iyulun 25-27-də keçiriləcək.
Ayın 24-də isə qadın idman gimnastları təsnifat mərhələsində güclərini sınayacaqlar.