Bədii gimnastika üzrə 4 qat dünya və 3 qat Avropa çempionu Aleksandra Soldatova karyerasını bitirib.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı idmançı "Sport-Express"ə açıqlamasında zədə səbəbindən bu addımı atdığını bildirib.
Gimnast deyib ki, ya məşqə davam etməli, ya da sağlam qalmağa qərar verməli olub: "İyunun 1-də - doğum günümdə qayıtmağa can atırdım. Bədənim mənə "yox" cavabı verdi. Ayaqlarımda problemlər var. Barmaqlarımın üzərində uzun müddət dayana bilmirəm".
Qeyd edək ki, Aleksandra Soldatova 2019-cu ildə Bakıdakı Avropa çempionatında da qızıl medal qazanıb.