Qazaxıstanın batut gimnastikası üzrə yığma komandası Bakıda təlim-məşq toplanışında iştirak edir.
Bu barədə Sportnet.az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Hazırlıq prosesi Milli Gimnastika Arenasında gerçəkləşir.
Qeyd edək ki, 18-19 fevralda Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 idmançının fərdi və sinxron proqramda çıxışı gözlənilir.