1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünyanın rekordçu baş məşqçiləri - SİYAHI
İqnasio Kereda İspaniyanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçi vəzifəsindən istefa verib. Sportnet.az-ın məlumatına görə, Kereda bu vəzifədə 27 il çalışıb.
Bu, müasir Avropa futbolunda milli komandaların baş məşqçiləri üçün rekord göstəricidir.
Kereda məşqçi fəaliyyətinə 1 sentyabr 1988-ci ildə başlayıb. Həmin vaxt onun hazırkı xələfi Xorxe Vilde cəmi 7 yaşında olub. Təcrübəli mütəxəssis millidən İspaniya yığmasına ilk dəfə vəsiqə qazandırdığı dünya çempionatının final mərhələsindən sonra vidalaşıb. O, qadınlar arasında dünya çempionatının mövcud olduğu müddətdən çox bu vəzifədə qalıb.
Dünyanın rekordçu baş məşqçiləri (ilk 10-luq):
1. Gi Ru ("Oser", 1961 - 2005)
2. Villi Meyli ("Seltik", 1897 - 1940)
3. Ronni Makfoll ("Portadaun", 1986 - )
4. İqnasio Kereda (İspaniya qadın millisi - 1988 - 2015)
5. Aleks Ferqyuson ("Mançester Yunayted", 1986 - 2013)
6. Xuan Sansisteban (İspaniya gənclər millisi, 1988 - 2008)
7. Valeri Lobanovski ("Dinamo" Kiyev, 1974 - 1982, 1984 - 1990, 1997 - 2002)
8. Frenki Düri ("Zültse", 1990 - 1993, 1994 - 2001, "Zülte Varegem", 2001 - 2010, 2011 -)
9. Mikki Evans ("Kersus", 1983 - 2007, 2009 -)
10. Vittorio Potso (İtaliya, 1929 - 1948)