Küveyt Milli Olimpiya Komitəsi cəzalandırılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar qəbul edib.
Səbəb kimi qurumun fəaliyyətinə hökumətin müdaxiləsi göstərilib. Qərardan apellyasiya üçün oktyabrın 27-dək vaxt verilib. İOC-un qərarı qüvvədə saxlanılsa, Küveyt idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəni təmsil edə bilməyəcəklər.
Daha öncə Küveyt Futbol Assosiasiyası da eyni səbəbdən FİFA-nın cəzası ilə üzləşib. Ölkənin milli komandası və klubları ali futbol qurumu və Asiya Futbol Konfederasiyasının bayrağı altında keçirilmiş turnirlərdən kənarlaşdırılıblar.
Qeyd edək ki, Küveyt komandasının 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da iştirakı sual altına düşüb.