1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiyaçı duetimizdən Avropa çempionatında zəif nəticə
Almaniyanın Brandenburq şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatı keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı Aleksandr Aleksandrov - Boris Yotov dueti təmsil edib.
Onlar 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizə aparıblar. Seçmə yürüşdə bu duet finişə 6 dəqiqə 51,230 saniyəyə çataraq, Rolandas Masçinskas - Saulius Ritter (Litva) duetindən (06:49.240) sonra 2-ci olublar. Bu nəticə ilə azərbaycanlı cütlük birbaşa yarımfinala yüksəlib. Lakin bu mərhələdə təmsilçilərimiz Norveç, Almaniya, Böyük Britaniya, Fransa və Belarus təmsilçiləri ilə mübarizədə 7 dəqiqə 32,710 saniyə nəticə ilə sonuncu olublar. Nəticədə Aleksandrov - Yotov dueti mükafatlar uğrunda mübarizəyə imkan verən əsas finaldan kənarda qalıb. Onlar B finalında Fransa, Polşa, Çexiya, Ukrayna və Belarus idmançıları ilə mübarizədə 6 dəqiqə 43,420 saniyə nəticə ilə 5-ci, başqa sözlə, yekun sıralamada 11-ci yeri tutublar.
Qeyd edək ki, Aleksandr Aleksandrov - Boris Yotov dueti 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək. Onlar bu hüquqa ötənilki dünya çempionatında yiyələniblər.