1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Mükafat nə azaldılacaq, nə də artacaq"
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları üçün mükafatın məbləğində azalma gözlənilmir. Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Onun sözlərinə görə, olimpiada öncəsi dövlət başçısı və MOK-un prezidenti İlham Əliyevin idmançılarla görüşü olacaq. Həmin ərəfədə mükafatın məbləği barədə sərəncam imzalanacaq: "Hesab edirəm ki, ötən olimpiadada nəzərdə tutulmuş mükafat kifayət qədər böyük məbləğ idi və artırılmasına zərurət yoxdur. Məbləğin azaldılacağını isə gözləmirəm: Əvvəlkindən az ola bilməz. Amma qərarı cənab prezident qəbul edəcək".
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında idmançılar üçün pul mükafatları tutduqları yerlərə müvafiq olaraq, 400 min manat, 200 min manat və 100 min manat olub. "Rio-2016" avqustun 5-dən 21-dək keçiriləcək.