1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bakı 2015" qəhrəmanı olimpiadanın finalında!
Azərbaycanın idman gimnastları Oleq Stepko və Petro Paxnyuk 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təsnifat yarışlarına qatılıblar. Sportnet.az-ın məlumatına görə, hər iki idmançı kişilərin fərdi çoxnövçülük yarışlarında və ayrı-ayrı hərəkətlər üzrə mübarizə aparıb.
Fərdi çoxnövçülükdə Stepko 6 hərəkətin cəmində 86,208 bal toplayaraq, 20-ci yeri tutub və finala yüksəlib. Paxnyuk isə 84,215 balla 34-cü yeri tutaraq, mübarizəni dayandırıb.
Ayrı-ayrı hərəkətlərə gəlincə, onların nəticələri belə olub:
Sərbəst çıxışlar
41. Petro Paxnyuk - 14,133
50. Oleq Stepko - 13,900
İdman atı
13. Oleq Stepko - 14,975
35. Petro Paxnyuk - 14,233
Halqalar
47. Oleq Stepko - 14,033
59. Petro Paxnyuk - 13,600
Paralel qollar
18. Oleq Stepko - 15,300
51. Petro Paxnyuk - 14,166
Turnik
50. Petro Paxnyuk - 13,783
57. Oleq Stepko - 13,600
Ayrı-ayrı hərəkətlərin heç birində Azərbaycan təmsilçiləri finala yüksələ bilməyib. Fərdi çoxnövçülük üzrə final mərhələsi isə avqustun 10-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.