1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı məşqçinin yetirməsi Belarusa medal qazandırdı - FOTO
Belarusda yaşayan azərbaycanlı məşqçi Fərhad Məhərrəmovun yetirməsi Cavid Həmzətov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 85 kq çəki dərəcəsində çıxış edən Dağıstan əsilli pəhləvan Belarus yığmasının üzvü kimi mükafatçılar sırasında yer alıb.
O, mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Həmzətov çinli Fey Penqi 3:0, avstriyalı Amer Hrustanoviçi 4:0 hesabı ilə yendikdən sonra yarımfinalda ukraynalı Jan Belenyuka uduzub - 0:3. Bununla belə, təsəlliverici görüşdə 27 yaşlı pəhləvan bolqarıstanlı Nikolay Bayryakova 4:1 hesabı ilə qalib gələrək, bürünc medalçı olub.
Qeyd edək ki, Fərhad Məhərrəmov uzun müddət Belarus yığmasının məşqçilər korpusunda yer alıb. Hazırda o, Minskdəki klublardan birində məşqçi kimi çalışır.