Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən bədii gimnast Marina Durunda fərdi çoxnövçülük üzrə final yarışında mübarizə aparıb.
Sportnet.az-ın məlumatına görə, 19 yaşlı idmançı ilk olaraq, halqa ilə çıxış edib.
Hakimlər onun çıxışını 16,950 balla qiymətləndiriblər. Bu nəticə ilə Durunda mərhələni 10-cu pillədə başa vurub.
Ardından topla çıxış edən Azərbaycan gimnastı 17,541 bal qazanıb. Bu dəfə Durunda 9-cu pillədə qərarlaşıb.
Durunda gürzlə hərəkətlərdə 17,716 xal yığıb. Bu nəticə ilə o, mərhələni 6-cı pillədə başa vurub.
Nəhayət, Azərbaycan gimnastı lentlə çıxış edib və hakimlərdən 17,541 xal alıb və yenə 6-cı olub.
Beləliklə, 4 hərəkətin cəmində 69,748 xal toplayan Marina Durunda olimpiadada 9-cu yeri tutub. Rusiyalı Marqarita Mamun (76,483) qızıl, onun həmyerlisi Yana Kudryavtseva (75,608) gümüş, ukraynalı Qanna Rizatdinova (73,583) bürünc medal qazanıb.