1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İlham Zəkiyev "Rio-2016"da medalsız qaldı
Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında təmsil edən cüdoçu İlham Zəkiyevlə Kənan Abdulxanlı medal qazana bilməyib. Sportnet.az-ın məlumatına görə, hər iki idmançı 5-ci yerlə kifayətlənib.
100 kq çəki dərəcəsində çıxış edən Abdulxanlı bürünc medal uğrunda görüşdə özbəkistanlı Şirin Şaripova, 100 kq-dan yuxarı çəkidə yarışan Zəkiyev isə kubali Yanqalini Ximenesə uduzub.
Bununla da Zəkiyev qatıldığı ardıcıl 4-cü paralimpiadasında ilk dəfə medalsız qalıb. 36 yaşlı idmançı "Afina-2004" və "Pekin-2008"də qızıl, "London-2012"də gümüş medal qazanmışdı.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçulardan Ramil Qasımov (73 kq) qızıl, Bayram Mustafayev (66 kq), Rövşən Səfərov (81 kq) bürünc medal əldə edib. Qadın atletlər arasında 100 metr məsafəyə qaçış növündə Yelena Çebanu və uzununa tullanan Kamil Əliyev də gümüş medala yiyələnib.