
Azərbaycanın paralimpiyaçısı Yelena Çebanu Rio-de-Janeyroda 3-cü cəhdini edəcək. Sportnet.az-ın məlumatına görə, atletimiz uzununatullanma üzrə yarışların finalında çıxış edəcək. Bu mərhələdə mükafatlar uğrunda 8 idmançı yarışacaq.
Xatırladaq ki, ölkəmizin bu paralimpiadada qazandığı medallardan 2-si məhz Çebanunun hesabındadır. O, 100 metrə qaçışda gümüş, 200 metrə qaçışda bürünc mükafatçı olub.