1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiada üçün büdcə 2 milyard dollara çatdı
2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarının büdcəsi 1,97 milyard dolları aşacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Pxençan-2018”in təşkilat komitəsinin rəhbəri Li Xi Bom TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, büdcədəki düzəlişə səbəb ölkə rəhbərliyində baş verən dəyişiklikdir: "Bir müddət əvvəl ölkə rəhbərliyi dəyişib. Ona görə, yaxın vaxtlarda Olimpiya Oyunlarının büdcəsinə düzəlişlər müzakirə olunacaq. Hazırkı büdəc 2,2 trilyon Cənubi Koreya vonudur (1,97 milyard dollar). Lakin bu rəqəm dəyişəcək. Çünki xərclər artır”.
Qeyd edək ki, mayın 10-da Cənubi Koreyanın yeni prezidenti vəzifəsinə Mun Çje İn seçilib. 2018-ci il Qış Olimpiya Oyunları 9 – 25 fevralda keçiriləcək.