1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Bu, həm də olimpiya dəyərlərinə hücumdur"
Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax İspaniyanın Barselona şəhərində baş vermiş terror aktını pisləyib. Sportnet.az-ın məlumatına görə, almaniyalı funksioner dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib.
O, İOC-un "Twitter" mikrobloqunda yazıb: "Barselonadakı terror aktı 1992-ci il olimpiadasının keçirildiyi şəhərdəki olimpiya dəyərlərinə də hücum deməkdir. Biz bu hadisəni pisləyirik. Bütün zərərçəkənlər, onların ailələri və dostlarının yanındayıq".
Qeyd edək ki, avqustun 17-də mikroavtobus Barselonanın mərkəzində piyadaların hərəkət etdiyi Rambla küçəsinə daxil olub. Nəticədə 13 nəfər ölüb, 50-si isə yaralanıb.