1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Hədəfim Azərbaycan xalqını sevindirməkdir”
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Azərbaycan taekvondoçusu Cavad Ağayev mükafatlandırma mərasimindən sonra fikirlərini bildirib.
Sportnet.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində yer alan taekvondoçu Cavad Ağayev Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə açıqlama verib.
"Yarışlar çox çətin keçdi. Rəqiblərim də çox güclü idmançılar idi. İlk döyüşüm sudanlı idmançıya qarşı olmalı idi. O, döyüşdən imtina etdi. Növbəti mərhələdə iranlı idmançı ilə olan döyüşüm çox çətin keçdi. Mən həmin idmançını 9-8 hesabı ilə məğlub etdim. Daha sonra yarımfinalda koreyalı taekvondoçu Ço Vun Hu ilə qarşılaşdım. İlk iki raundda üstün olsam da 3-cü raundun son saniyələrində ona xal verdim və 15-13 hesabı ilə məğlub oldum. Bütün Azərbaycan xalqına məni dəstəklədikləri üçün minnətdarlığımı bildirirəm", - deyə, C. Ağayev bildirib.
Qarşıdakı yarışlar haqda da danışan gənc taekvondoçu məqsədinin Azərbaycan bayrağını ilk yerdə dalğalandırmaq olduğunu söyləyib: "Növbəti yarışlarda daha yaxşı çıxış etmək istəyirəm. Məqsədim "Tokio 2020" olimpiadasında vətənimizin bayrağını ilk yerdə dalğalandırmaqdır. Hədəfim ilk yeri tutub Azərbaycan xalqını sevindirməkdir”.
Qeyd edək ki, daha əvvəl cüdoçu Vüqar Talıbov 66 kq çəki dərəcəsində Olimpiya çempionu olub.