![](/uploads/posts/2018-10/1538656489_ilham-eliyev.jpg)
Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.
Sportnet.az-ın məlumatına görə, sərəncamla Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 manat ayrılıb.