Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Koordinasiya Komissiyasının iclası işə başlayıb.
Sportnet.az-ın məlumatına görə, tədbirə qurumun və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qatılıb.
İHİF-in prezidenti Şəhzadə Abdulaziz bin Turki Al-Faysal, vitse-prezidentlər Hamad Kalkaba Malbum, Ahmed Sayed Fuli, Nihat Usta və qurumun digər üzvləri iştirakçılar arasındadır.
İclas çəçivəsində 2021-ci il İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı seçilmiş Konya şəhərinin hazırliq prosesi müzakirə olunacaq.
Qeyd edək ki, 2021-ci il İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı İHİF-in Baş Assambleyasında müəyyən olunub.