
Azərbaycanın daha bir sərbəst güləşçisi Əbülfəz Nəsirov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada İtaliya təmsilçisi Simone Vinçentso Piroddu ilə görüşüb. Rəqibinə məğlub olan (5:10) Nəsirov gümüş medalla kifayətlənib.
Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medala sahib olub. Digər sərbəst güləşçisi Murad Haqverdiyev (45 kq) isə qızıl medal əldə edib.