 
Azərbaycan 2020-ci ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək Yeniyetmələrin III Qış Olimpiya Oyunlarında bir idmançı ilə təmsil olunacaq.
Sportnet.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Oyunlardakı şef de-missionu Anar Bağırov məlumat verib. O bildirib ki, yarışda Yekaterina Ryabova fiqurlu konkisürmə növündə mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan ilk dəfə Yeniyetmələrin Qış Olimpiya Oyunlarına qatılır. "Lozanna-2020" 9 - 22 yanvarda baş tutacaq.








 
                 





 
     
     
     
     
     
     
     
     
     
    
























































