
Bakı Olimpiya Stadionu ərazisindəki (BOS) “Olympia Döyüş Klubu” idman zalı və “GYM Olympiyskiy” fitnes mərkəzi qeyri-müəyyən müddətədək fəaliyyətini dayandırır.
BOS-un mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qadağa bu gecədən qüvvəyə minəcək və Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi məhdudiyyət aradan qalxdıqdan sonra götürüləcək. Müsafirlərdən yaranmış vəziyyəti anlayışla qarşılamaları xahiş olunur.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq edəcək.