Ermənistan Xizək Federasiyasının prezidenti Qagik Sarqsyan, xizəkçi Arutyun Arutyunyan və onun məşqçisi Arsen Nersesyan Pekin-2022 Qış Olimpiya Oyunlarına yollana bilməyib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Sarqsyanın özü yerli mətbuata açıqlama verib. O bildirib ki, koronavirusa yoluxduqları üçün Çinə getməyiblər:
"İki dəfə test verdik və hər ikisi müsbət çıxdı. Özümüzü yaxşı hiss edirik və tezliklə yenidən analiz götürüləcək. Düşünürəm ki, cavablar neqativ olsa belə, olimpiadaya gedə bilməyəcəyik".
Qeyd edək ki, Arutyun Arutyunyan Ermənistanın Pekin olimpiadasında xizəksürmə üzrə yeganə təmsilçisidir.