
"Fiqurlu konkisürənlərimizdən biri - Vladimir Litvintsev artıq Pekindədir, qadın idmançımız Yekaterina Ryabova da yaxın günlərdə oraya gedəcək".
Sportnet.az-ın məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunları barədə jurnalistlərə açıqlamasında deyib.
Hazırlıq prosesinin davam etdiyini deyən funksioner bildirib ki, Oyunlarda şərait çox çətin və ağırdır: "Pekinə gedənlərin 20-30 faizi xəstələnib, karantinə düşüblər. Arzu edirəm ki, bizim idmançılara heç nə olmasın. Çünki təyyarədə yoluxma baş verə bilər. Ümidimiz onadır ki, sağ-salamat gedib qayıtsınlar".
Qeyd edək ki, Pekin olimpiadası 4 - 20 fevralda keçiriləcək.