
Pekin-2022 Qış Olimpiya Oyunları üçün Çində səfərdə olan Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev atletlər kəndini ziyarət edib.
Sportnet.az-ın məlumatına görə, MOK rəsmisi səfər zamanı idmançıların şəraiti ilə tanış olub.
Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova məharətini sərgiləyəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.