Pekin-2022 Yay Olimpiya Oyunlarının iştirakçıları koronavirusdan planetdəki hər kəsə nəzərən ən yaxşı səviyyədə müdafiə olunublar.
Sportnet.az-ın məlumatına görə, bu barədə "Pekin-2022" Təşkilat Komitəsinin tibbi ekspertlər qrupunun sədri Brayan Makkloski açıqlama verib.
O bildirib ki, Oyunların bütün iştirakçıları "balon"da hərəkət edirlər və hər gün COVID-19 testi verirlər: "Biz hər 24 saat ərzində test götürür, onları analiz edirik. Qapalı sistemdə praktiki olaraq, hamı peyvəndlənib. Düzdür, inkubasiya dövrü ilə əlaqədar yenə xəstələnmələr ola bilər, amma risk minimaldır".
"Biz Yer planetinin ən təhlükəsiz məkanındayıq. Bu baxımdan, yoluxma ehtimalımız sıfra bərabərdir", - deyə Makkloski əlavə edib.
Qeyd edək ki, fevralın 20-dək davam edəcək olimpiadaya Azərbaycan 12 nəfərlik nümayəndə heyəti ilə qatılıb. İdmançılardan fiqurlu konkisürən Vladimir Litvintsev bu gün qısa proqramda 30 idmançı arasında 84,15 xalla 18-ci olub və fevralın 10-da keçiriləcək sərbəst proqramda iştirak hüququ qazanıb. Qadın fiqurlu konkisürən Yekaterina Ryabova isə mübarizəyə fevralın 15-də qoşulacaq.