
Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarını Azərbaycanda yayımlayacaq telekanallar bəlli olub.
Sportnet.az "Report"a istinadən xəbər verir ki, ölkəmizdə bu mötəbər yarışı iki telekanal yayımlayacaq.
Bunlar "İdman" və "İctimai" telekanalıdır.
Qeyd edək ki, İslamiadaya 5 avqustda velosiped yarışları ilə start veriləcək. Yarışın açılış mərasimi 9 avqustda baş tutacaq. 18 avuqstda isə yarışın bağlanış mərasimi keçiriləcək.