1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İndoneziyalı futbolçu: “Bakı 2017”yə getməyəcəyimiz üçün çox məyusuq”
"Bakı 2017”dən kənarda qalmaq bizim üçün gözlənilməz oldu”.
Sportnet.az-ın məlumatına görə, bunu 23 yaşadək futboçulardan ibarət İndoneziya milli komandasının üzvü Evan Dimas yığmanın IV İslam Həmrəyli Oyunlarından kənarda qalmasını şərh edərkən goal.com saytına deyib.
22 yaşlı müdafiəçi bildirib ki, İndoneziya milli komandasının İslamiadada iştirak etməyəcəyi ilə bağlı xəbər futbolçuları məyus edib. O, bu məsələni udunub, irəliyə baxmalı olduqlarını söyləyib: "Qeyri-adi bir durumdur. İslamiadaya getməyəcəyimiz üçün çox məyusuq. Yarışa hazırlıqla bağlı İspaniya toplanışı da təxirə salındı. Lakin bu məsələni unudub, irəliyə baxmaq lazımdır”.
Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov Rəhimov İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin iclasından sonra təşkil edilən mətbuat konfransında İndoneziya futbol yığmasının IV İslam Həmrəyliyi Oyunlarından kənarda qalmasın onlardan vaxtında cavab gəlməməsi ilə bağlı olduğunu bildirib. İslamiadada futbol üzrə 8 ölkənin milli komandası mübarizə aparacaq.