1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İslamiada: Bəhreyn 38 idmançı ilə gəlir
Bəhreyn Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında üç idman növündə təmsil olunacaq.
Sportnet.az-ın BNA-ya istinadən verdiyi məlumata görə, asiyalılar atletika, atıcılıq və güləş yarışlarında mübarizə aparacaqlar.
Bəhreyn Olimpiya Komitəsinin baş katibi Abdulrahman Askerin rəhbərlik edəcəyi nümayəndə heyətində 38 idmançı yer alacaq. Onların içində rusiyalı Adam Batırov da yer alıb. Sərbəst güləş üzrə 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvan iki dəfə Avropa çempionatının gümüş medalçısı olmaqla bərabər, 2016-cı ildə təşkil olunan Asiya çempionatının qalibidir.
Qeyd edək ki, Bəhreyn nümayəndə heyətində yer alan rəsmi şəxslər mayın 9-da Bakıya yola düşüblər. İdmançılar isə yarışlar başlayan ərəfədə gələcəklər.