
"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın idman gimnastikası üzrə kişilərdən ibarət komandası qızıl medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, bu, tərkibi Bençe Talas, Murad Ağarzayev və Timur Bayramovdan ibarət heyətin dayaqla tullanma, turnik və dəstəli atla da çıxışlarını başa vurmasından sonra müəyyənləşib.
Bununla da Azərbaycan 161,700 xalla 2-ci yeri tutub. Qızıl medalı 163,450 xalla Türkiyə qazanıb.
Qeyd edək ki, bu, Azərbaycanın ümumilikdə 24-cü medalı olub.