
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcıları daha bir medal qazanıblar.
Sportnet.az-ın məlumatına görə, qarışıq komanda halında dairəvi stend üzrə atəş açma yarışında Emin Cəfərov – Nurlana Cəfərova dueti gümüş medal əldə ediblər. Onlar həlledici mərhələdə 24 xalla 2-ci yeri tutublar.
Yarışın qalibi isə 27 xalla Həsən Məhəmməd – Məryəm Hassani (Bəhreyn) cütlüyü olub.