Səudiyyə Ərəbistanının Ər Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın iki karateçisi bürünc medal qazanıb.
Sportnet.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Mədinə Sadıqova bürünc medala sahib olub.
O, üçüncü yer uğrunda görüşdə pakistanlı rəqibini 7:2 hesabı ilə məğlub edib.
Daha bir medala isə karatenin kata növündə Roman Heydərov sahib çıxıb.
Beləliklə, Azərbaycanın VI İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayı 29-a çatıb. Hazırda 4 qızıl, 9 gümüş, 16 bürünc medala malik ölkəmiz ümumi sıralamada 7-ci yerdə gedir. Medallar cüdo (3 qızıl, 2 gümüş, 5 bürünc), boks (1 qızıl, 3 gümüş, 2 bürünc), ağırlıqqaldırma (3 gümüş, 6 bürünc), üzgüçülük (1 gümüş, 2 bürünc) və stolüstü tennis (1 bürünc) növlərində əldə olunub.















































































