Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan stolüstü tennis növündə daha bir medal qazanıb.
Sportnet.az xəbər verir ki, qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda da yarışın bürünc mükafatına layiq görülüb.











































































