
Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final mərhələsinə yüksəlib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, C qrupunda qərarlaşan yığma ikinci görüşündə Qırğızıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib. Qrupu lider tamamlayan milli 1/4 final mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, yığma bu raundda Qətərlə görüşəcək.
--------------------------------
Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına uğurlu start verib.
Sportnet.az-ın Konyaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, C qrupunda qərarlaşan yığma ilk görüşündə Türkiyə seçməsi ilə qarşılaıb. Turnirin favoritinə qarşı gərgin keçən matçda Azərbaycan 14:12 hesablı qələbə qazanıb.
Qeyd edək ki, milli komanda qrupdakı növbəti oyunu bu gün Bakı vaxtı ilə saat 20.35 -də Qırğızıstana qarşı olacaq.