Azərbaycan badmintonçusu Ezmi Qovimuramadhoni “Minsk 2019” II Avropa Oyunlarında ikinci oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, şəxsi yarışlarda G qrupunda mübarizə aparan idmançı Lüksemburq təmsilçisi Robert Mannla üz-üzə gəlib. Qarşılaşma Azərbaycan badmintonçusunun 2:0 (21-15,21-18,) hesablı qələbəsi ilə bitib. O, bu nəticədən sonra 1/8 finala vəsiqəni öncədən təmin edib.
Qeyd edək ki, Ezmi Qovimuramadhon iyunun 26-da rusiyalı Vladimir Malkovla qarşılaşacaq. O, ilk oyununda Rumıniya təmsilçisi Kollins Valentin Filimonu 2:1 hesabı ilə məğlub etmişdi.