Azərbaycan boksçusu Alfonso Dominqes "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda italiyalı Fiori Simone ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 4:1.
Dominqes finalda Gor Nersesyan (Ermənistan) - Benjamin Uittaker (Böyük Britaniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bir qədər əvvəl digər boksçu Lorenzo Sotomayor (69 kq) yarımfinalda uduzaraq bürünc medal qazanıb.