Azərbaycanın idman gimnastı İvan Tixonov "Minsk 2019" II Avropa Oyunlarında mübarizə aparıb.
Sportnet.az-ın məlumatına görə, bu gün çoxnövçülükdə çıxış edən atlet 80.230 xal toplaya bilib. Tixonov bu nəticədən sonra 14-cü yeri tutub.
Qızıl medalı isə 85.465 xalla Rusiya təmsilçisi David Belyavski qazanıb.