1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Lisenziya yarışında ilk məğlubiyyət
Monqolustanın paytaxtı Ulan-Bator şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli I Dünya Təsnifat Turniri start götürüb. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın bir güləşçisi döşək üzərinə çıxıb.
98 kq çəki dərəcəsində Orxan Nuriyev mübarizəyə qoşulub. Onun 1/16 finaldakı rəqibi Qazaxıstan idmançısı Yerulan İskakov olub. O.Nuriyev rəqibini 4:2 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Lakin növbəti görüşündə Nuriyev polşalı Radoslav Qrzibiçkiyə uduzub - 1:3. Məğlubiyyətə baxmayaraq, azərbaycanlı pəhləvanın medal və lisenziya şansı var. Bunun üçün ilk növbədə, R.Qrzibiçki finala çıxmalıdır. Belədə O.Nuriyev 3 təsəlliverici görüşdən, o cümlədən, bürünc medal uğrunda qarşılaşmadan qalib ayrılmalıdır.
Reqlamentə əsasən, qadın güləşi yarışlarında turnirin finalına yüksələn hər bir güləşçi "Rio-2016"ya vəsiqəni təmin edəcək. Sərbəst və yunan-Roma güləşi yarışlarında isə finalçılarla yanaşı, bir üçüncü yerin sahibi də Olimpiya vəsiqəsi qazanacaq.
Qeyd edək ki, Azərbaycanın güləş yığmaları bu günədək olimpiadaya 12 vəsiqə qazanıb. Bunlardan 5-i sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.