
"İdmançılar həvəslə və var gücləri ilə məşq edirlər. Olimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın hamısının medal şansı böyükdür". Sportnet.az-ın məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Cəmşid Xeyrəbadi jurnalistlərə açıqlamasında deyib.
Göygöl Olimpiya İdman Kompleksində baş tutan təlim-məşq toplanışını dəyərləndirən mütəxəssis komandanın məşqlərinin yüksək səviyyədə təşkil edildiyini və idmançıların 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yüksək nəticə göstərəcəklərinə inandığını bildirib: "Federasiya toplanış üçün hər bir şərait yaradıb və hazırlıq normal keçib. İnanıram ki, güləşçilərimiz Rio-2016-da yeni tarix yazacaqlar".