1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmamız ABŞ-la birgə hazırlaşır
Yunan-Roma güləşçilərindən ibarət Azərbaycan yığması 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlığını Göygöl Olimpiya İdman Kompleksində davam etdirir. Azərbaycan Güləş Federasiyasından Sportnet.az-a verilən məlumata görə, iyunun 20-dən start götürən təlim-məşq toplanışına ABŞ və Mərakeş güləşçiləri də qoşulub.
Toplanışda ABŞ yığmasının 9, Mərakeş komandasının isə 4 üzvü iştirak edir. Təlim-məşq toplanışı iyulun 4-dək davam edəcək. Ardınca yığma komandanın üzvlərinin daha bir sınaq turnirində iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan Rio-2016-da 6 sərbəst, 5 yunan-Roma və 3 qadın güləşçi ilə təmsil olunacaq.